Dövlət İmtahan Mərkəzindən magistratura suallarının sızdırılması ilə bağlı AÇIQLAMA

Dövlət İmtahan Mərkəzindən magistratura suallarının sızdırılması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Dövlət İmtahan Mərkəzindən magistratura suallarının sızdırılması ilə bağlı AÇIQLAMA

61107

Dünən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistratura səviyyəsinə qəbul imtahanı keçirilib. Lakin imtahandan sonra xoşagəlməz hal baş verib.

Belə ki, konfidensial qalmalı olan test sualları dünən naməlum şəxslər tərəfindən ictimaiyyətə təqdim olunub.

Məsələ ilə bağlı Bizim.Media Dövlət İmtahan Mərkəzinə sorğu göndərib. Qurumun mətbuat katibi Xanlar Xanlarzadə imtahan qaydalarının pozulması faktını təsdiqləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Fevralın 24-dən etibarən DİM apellyasiya təşkil edəcək


“Magistraturaya qəbul imtahanında tələb olunan qaydalara əsasən imtahan iştirakçıları cavab kartı ilə yanaşı, sual kitabçasını da nəzarətçiyə təhvil verməlidirlər. Fevral ayının 20-də keçirilən imtahanda 3 nəfər imtahan başa çatandan sonra materialların nəzarətçiyə təhvil verilməsi zamanı diqqətdən yayınıb və sual kitabçasını özü ilə aparıb. 1 nəfər isə sual kitabçasının içərisindən bir vərəqi çıxarıb və özü ilə götürüb”.

Xanlar Xanlarzadə həmçinin hazırda məsələ ilə bağlı araşdırmaların aparıldığını bildirib:

“Bu kimi hallarda həmin şəxslər imtahandan sonra kitabçanın şəklini çəkərək sosial şəbəkələrdə paylaşırlar. Hazırda qeyd olunan məsələlərlə bağlı araşdırma aparılır”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO