Bakıda ana və iki övladı öldürüldü - ADLAR BƏLLİ OLDU - YENİLƏNİB

Bakıda ana və iki övladı öldürüldü - ADLAR BƏLLİ OLDU - YENİLƏNİB

Hazırda oxunan: Bakıda ana və iki övladı öldürüldü - ADLAR BƏLLİ OLDU - YENİLƏNİB

61024

Bakıda öldürülən şəxslərin adları məlum olub.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, onlar Sabirabad rayon sakinləri, Gülnar Qaraxanlı və övladları 13 yaşlı Lamiyə Qaraxanlı və 10 yaşlı Atakan Qaraxanlıdır.

Məlumata görə, onlar paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsindəki evdə kirayədə qalıblar.

İlkin ehtimala əsasən, qətlin G. Qaraxanlının əri tərəfindən törədildiyi bildirilir.

Belə ki, iddiaya görə, qətl gecə saatlarında ailədaxili münaqişə zamanı baş verib. Onların meyitləri səhər saatlarında qonşular tərəfindən aşkar edilib. Bundan sonra dərhal polisə məlumat verilib.

Hazırda əraziyə polis və prokurorluq əməkdaşları gəlib, araşdırmalar aparılır.

***15:30

Bakıda qətl hadisəsi olub.

Bizim.Media xəbər verir ki, hadisə bu gün paytaxtın Nizami rayonu, "8-ci kilometr" qəsəbəsi, R.Rüstəmov küçəsində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər adları hələlik bilinməyən ana və iki övladını yaşadıqları evdə bıçaqlayaraq öldürüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO