Bakıda Mayıl adlı şəxs azyaşlı övladına və əlilliyi olan həyat yoldaşına işgəncə verməkdə ittiham edilir.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Əməkdaşlarımız sözügedən məlumat əsasında həmin ailənin yaşadığı evi tapıblar.
Kişi 5 yaşlı övladını və həyat yoldaşını döyərək onlara qarşı zorakı hərəkətlər etməkdə təqsirləndirilir.
Xəzər rayonunun Binə qəsəbəsində "Südçülük sovxozu" adlanan ərazidə rayon sakini 2017-ci il təvəllüdlü azyaşlının atası tərəfindən döyülməsi və ona əzab verilməsi ilə bağlı prokurorluğa məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyir ki, polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
İşgəncəyə məruz qalan azyaşlının sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanıb.
Qəsəbə bələdiyyəsinin sədri Habil Həmidov isə deyir ki, həmin hadisədən xəbərləri var və ailədə tez-tez münaqişələr olurmuş.
Faktlarla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı Xəzər televiziyasının hazırladığı videomaterialda baxa bilərsiniz.
Bizim.Media