Beyləqanda

Beyləqanda "patı" satan şəxslər saxlanıldı - FOTO

Hazırda oxunan: Beyləqanda "patı" satan şəxslər saxlanıldı - FOTO

60935

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Pərviz Mətləbzadə saxlanılıb. 

Araşdırmalarla onun narkotiki rayon sakini Kamran Hümbətlidən aldığı müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

K.Hümbətlinin üzərindən metamfetamin aşkar edilərək götürülüb. 

Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə K.Hümbətlinin narkotiki digər bir rayon sakini olan İlham Mirzəyevdən aldığı müəyyən olunub və o, idarə etdiyi avtomobillə birgə rayon ərazisində saxlanılıb.

Avtomobilə baxış keçirilən zaman bükümlərdə qablaşdırılmış metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və adıçəkilən şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO