Sabah sulu qar yağacaq

Sabah sulu qar yağacaq

Hazırda oxunan: Sabah sulu qar yağacaq

6090

Dekabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraiti arabir yağıntılı olacaq, bəzi yerlərdə intensivləşəcək, axşama doğru şəhərətrafı ərazilərdə sulu qara keçəcək. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bizim.Media-ya ETSN-in Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Dekabrın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 0-4 dərəcə şaxta olacaq. Dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 24-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO