Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti, akademik Ramiz Mehdiyevin istefa etdiyini ilk olaraq jurnalistlərə Nizami Cəfərov açıqlayıb.
Bizim.Media-ya bu barədə AMEA Rəyasət Heyətinin rəsmisi Azadə Balayeva bildirib. Onun sözlərinə görə ümumi yığıncaqda ilk çıxışı Ramiz Mehdiyev edib. O, yaşı ilə əlaqədar olaraq istefa verdiyini açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
AMEA prezidentinin səlahiyyətləri həvalə edilən Arif Həşimov kimdir? - DOSYE
Həmçinin Ramiz Mehdiyev Akademiyada fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Prezidentinın ehtimadını doğrultduğunu söyləyib. Sonra ölkə başçısına təşəkkürünü bildirib.
Ramiz Mehdiyev sonda ömrünün bundan sonrakı illərini elmə həsr edəcəyini də vurğulayıb.
Qeyd edək ki, bu gündən etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrasını akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimov davam etdirəcək.
Şahnaz, Bizim.Media