Yoluxma ÇOXALIB – Bəs həftəsonları niyə dezinfeksiya işləri aparılmır? – BŞİH-dən AÇIQLAMA 

Yoluxma ÇOXALIB – Bəs həftəsonları niyə dezinfeksiya işləri aparılmır? – BŞİH-dən AÇIQLAMA 

Hazırda oxunan: Yoluxma ÇOXALIB – Bəs həftəsonları niyə dezinfeksiya işləri aparılmır? – BŞİH-dən AÇIQLAMA 

60874

Bir neçə müddət öncə koronavirusa qarşı dezinfeksiya tədbirlərinin aparılması ilə bağlı məlumat Bakı Şəhər İcra Hakimiyyətindən vətəndaşların diqqətinə çatdırılırdı. Lakin son dönəmlərdə yolxuma sayında artım müşahidə edilsə də, buna baxmayaraq şəhərdə genişmiqyaslı dezinfeksiya həftəsi keçirilmir.

Səbəbini öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun rəsmisi İsrafil Kərimov Bizim.Media- ya açıqlamasında dezinfeksiya işlərinin aparılmadığını təsdiqləyib və səbəbini açıqlayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Bu həftə Bakı küçələrini yağış dezinfeksiya edəcək


"Bu tədbirlər Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişi ilə həyata keçirilir. Onların qərarı ilə biz dezinfeksiya işlərini aparırıq. Biz sadəcə bu işi həyata keçirən tərəfik. Qərar olduqdan sonra təbii ki, dezinfeksiya işləri davam etdiriləcək". 

Həmçinin İsrail Kərimov bildirir ki, qapalı məkanların, özəl müəssisələrin, ofislərin dezinfeksiya olunması işləri Bakı Şəhər İcra Hakimiyyətinin məsuliyyət zonasına aid deyil. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO