Xaçmazda qadın su çənində boğularaq ölüb.
Bizim.Media-nın məlumatına görə, hadisə Yeni Həyat qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 66 yaşlı Sevinc Nəriman qızı Orucova yaşadığı evdə 5 tonluq su çənini doldurarkən çənin içərisinə düşüb və boğulub.
O əyilib çənin su ilə dolub-dolmadığını öyrənmək istəyərkən bədbəxt hadisə baş verib.
Mərhumun meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsində ekspertiza edilib.
Xaçmaz rayon prokurorluğunda araşdırma başlayıb.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:16 / 19.02.2022
Xaçmazda su çəninə düşən qadın boğuldu
Hazırda oxunan: Xaçmazda su çəninə düşən qadın boğuldu
Hazırda oxunan: Xaçmazda su çəninə düşən qadın boğuldu
60844
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.