DİN Şirvandakı qanlı hadisənin təfərrüatlarını açıqladı

DİN Şirvandakı qanlı hadisənin təfərrüatlarını açıqladı

Hazırda oxunan: DİN Şirvandakı qanlı hadisənin təfərrüatlarını açıqladı

60827

Daxili İşlər Nazirliyi (DİN) Şirvanda baş verən qətlə münasibət bildirib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Bizim.Media-ya bildirib ki, bu gün saat 18 radələrində Şirvanda şəhər sakini, əvvəllər üç dəfə məhkum olunmuş Elnur Abıyev qoşalülə ov silahından atəş açaraq, ailə münaqişəsi zəminində həyat yoldaşı Xəyalə Abıyevaya ağır bədən xəsarəti yetirib:
 

MÖVZU İLƏ BAĞLI:

Şirvanda arvadını güllələyən şəxs polislə atışmada yaralı ələ keçdi - SON DƏQİQƏ


“Yaralı xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada vəfat edib. Cinayəti törədən Elnur Abıyev isə istifadə etdiyi odlu silahı götürərək, hadisə yerindən qaçıb. Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində onun gizləndiyi yer (atasının evində gizlənib) müəyyən edilib.

E.Abıyevə silahı təhvil verib təslim olmaq barədə bir neçə dəfə xəbərdarlıq edilib. Lakin o, bu tələbdən qətiyyətlə imtina edərək, polis əməkdaşları istiqamətində bir dəfə atəş açıb.

Belə olan halda polis əməkdaşları xidməti silah tətbiq etmək məcburiyyətində qalıb və onun diz nahiyələrindən vuraraq zərərsizləşdiriblər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO