Daha bir qrup qazi müalicə üçün Türkiyəyə göndərildi – SİYAHI  

Daha bir qrup qazi müalicə üçün Türkiyəyə göndərildi – SİYAHI  

Hazırda oxunan: Daha bir qrup qazi müalicə üçün Türkiyəyə göndərildi – SİYAHI  

0:00
0:00
60695

Ağır yaralanan daha 4 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. 

Bizim.Media Fonda istinadən xəbər bildirilib ki, həmin şəxslər aşağıdakılardır: 

1. Ömərov Rüstəm Çianşa oğlu 

2. Yusifov Elnur Xanlar oğlu 

3. Əliyev Xəzər Ərşad oğlu 

4. Hacıyev Arif Şirvan oğlu 

Qeyd olunub ki, “YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. 

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. 

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 165 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 121-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.
Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO