Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Hazırda oxunan: Prorektor işdən çıxarıldı - Nazirdən əmr

606858

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi məsələlər üzrə prorektoru Nəsimi İsmayılov vəzifəsindən azad olunub.

Bizim.Media “yenisabah.az”a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

N.İsmayılov başqa sahəyə keçməsi ilə əlaqədar olaraq, işdən çıxmaqla bağlı ərizə yazıb. Nazir onun ərizəsini qəbul edib.

Xatırladaq ki, Nəsimi İsmayılov 1980-ci il dekabrın 4-də anadan olub.

1999-2003-cü illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında bakalavır və magistr təhsili alıb.
 

2005-ci ildə qısa müddət Azərbaycan Mikromaliyyələşdirmə bankında işlədikdən sonra, 2006-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyində (indiki İqtisadiyyat Nazirliyi) məsləhətçi, sektor müdiri vəzifələrində çalışıb.


2011-ci ilin aprel ayından “Azərsu”ASC-də “Maliyyə və vergilər” şöbəsinin rəisi olub. 2014-2021-ci illərdə UNEC-in Maliyyə və Təminat Departamentinin direktoru vəzifəsində çalışıb.

N.İsmayılov 2021-ci il dekabrın 13-də adıçəkilən ali məktəbin İqtisadi məsələlər üzrə prorektoru vəzifəsinə təyin edilmişdi.

İngilis, rus və türk dillərini bilir. Ailəlidir, üç övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO