Nuridə Allahyarovaya yeni vəzifə verildi – TƏYİNAT 

Nuridə Allahyarovaya yeni vəzifə verildi – TƏYİNAT 

Hazırda oxunan: Nuridə Allahyarovaya yeni vəzifə verildi – TƏYİNAT 

60683

Nuridə Allahyarova yeni vəzifəyə təyinat alıb. 

Bizim.Media xəbər verir ki, N.Allahyarova bu gündən etibarən fəaliyyətini Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri kimi davam etdirəcək. 

N.Allahyarova təyinatı ilə bağlı “Facebook” hesabında paylaşım edib: 

"Bu etimadı mənə layiq görən nazir Anar Kərimova və Xidmətin rəisi Azad Cəfərliyə təşəkkürümü bildirirəm. Azərbaycanın hər daşına və hər vətəndaşına xidmət etməkdən qürur duyuram". 
Xatırladaq ki, N.Allahyarova bu təyinatadək Bakı Dövlət Universiteti, Vergilər Nazirliyi (Dövlət Vergi Xidməti), Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Binəqədi Rayon İcra Hakimiyyəti, "BakuBus" MMC, Bakı Nəqliyyat Agentliyi, ATV, Space, Dövlət Avtomobil Nəqliyyatı Xidmətində müxtəlif vəzifələrdə çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO