Salyanda ağır YOL QƏZASI - Ölən və yaralananlar var

Salyanda ağır YOL QƏZASI - Ölən və yaralananlar var

Hazırda oxunan: Salyanda ağır YOL QƏZASI - Ölən və yaralananlar var

0:00
0:00
60682

Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib. 

Bizim.Media-nın Mil-Mğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.  

“Ford” markalı 99 JT 145 dövlət nömrə nişanlı mikroavtomobil “KamAZ” markalı 42 BT 295 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb. Onlardan 2-si kişi, 3-ü qadındır. Yaralılar Salyan rayon xəstəxanasına yerləşdirilib.  

Hadisə yerinə FHN-in Salyan rayon yanğından mühafizə xidmətinin xilasediciləri cəlb olunub. Avtomobildə sıxılıb qalmış sərnişini xüssi avadanlığın köməyi ilə avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO