“Kibertəhlükəsizlikdə təhdidlər sürətlənir və mürəkkəbləşir” – Mircəlal Bağırov

“Kibertəhlükəsizlikdə təhdidlər sürətlənir və mürəkkəbləşir” – Mircəlal Bağırov

Hazırda oxunan: “Kibertəhlükəsizlikdə təhdidlər sürətlənir və mürəkkəbləşir” – Mircəlal Bağırov

606783

"Kibertəhlükəsizlik sahəsində bazar sürətlə dəyişir və inkişaf edir. Yeni texnologiyalar meydana çıxır və bu alətlər kiberhücum edənlər tərəfindən də aktiv şəkildə istifadə olunur". 

Bizim.Media xəbər verir ki, bu barədə "Kiberinsidentlərə müdaxilə" mövzusunda keçirilən tədbirdə TechPro DC-nin kommersiya direktoru Mircəlal Bağırov bildirib. 

O qeyd edib ki, təhdidlər daha sürətli,  güclü və daha mürəkkəb xarakter alır:
 

“Məhz buna görə də bu gün təqdim olunan texnologiyalar və yeni yanaşmalar yalnız mövcud problemlərə cavab verməklə kifayətlənməməlidir. Biz eyni zamanda uzunmüddətli strategiya qurmalı, bu texnologiyaları bazara düzgün inteqrasiya etməli və güclü bir ekosistem formalaşdırmalıyıq.


Çünki təhdidlər gözləmir və bazar da daim hərəkətdədir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən təşkilatların daha sıx əməkdaşlığı vacibdir. Eyni zamanda innovasiya yönümlü təşəbbüslərin və platformaların yaradılması da xüsusi əhəmiyyət daşıyır".

Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO