Qusarda ailə faciəsi - BİR GÜNDƏ 8 NƏFƏR ÖLDÜ

Qusarda ailə faciəsi - BİR GÜNDƏ 8 NƏFƏR ÖLDÜ

Hazırda oxunan: Qusarda ailə faciəsi - BİR GÜNDƏ 8 NƏFƏR ÖLDÜ

60657

Qusarda dəm qazından zəhərlənərək ölən ailənin qohumları daha bir faciə yaşayıb.

Bizim.Media xəbər verir ki, bacısı Əminənin ailəlikcə dəm qazından ölməsini eşidən Bakı sakini, 23 yaşlı Fidan Məhsim qızı Ələkbərova ailəsilə birgə Qusara gələrkən qəzaya düşüblər.
 

MÖVZU İLƏ BAĞLI:

Qusarda AİLƏ FACİƏSİ: Ölənlərin adları açıqlandı - YENİLƏNİB/FOTO


Nəticədə Fidan Ələkbərova, onun 37 yaşlı həyat yoldaşı Seymur Fikrət oğlu Əliyev və 1 yaşlı övladları Həmzə Əliyev hadisə yerində ölüblər.

Ailə başçısının idarə etdiyi "Mercedes"markalı avtomobil Bakı-Quba yolunun Sumqayıt şəhərinin H.Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində körpüdən aşıb.

Qeyd edək ki, bu gün Qusar şəhərində zəhərlənmə hadisəsi baş verib.

İkimərtəbəli yaşayış evində baş vermiş hadisə zamanı Qusar şəhər sakinləri - 35 yaşlı Rusif Şıxəli oğlu Şıxov və 29 yaşlı həyat yoldaşı Əminə Məhsim qızı Şıxova, övladları - 9 yaşlı Osman, 10 yaşlı Sumeya və 5 yaşlı İmarə Şıxova dəm qazından boğularaq ölüblər.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO