Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində son günlər suyun səviyyəsində ciddi artım müşahidə olunur.
Bizim.Media xəbər verir ki, ölkə ərazisində yağan intensiv və fasiləsiz yağışlar çayın su rejiminə təsirsiz ötüşməyib.
Nəticədə son həftə ərzində çayda suyun səviyyəsi 1,5 metrdən çox qalxıb.
Ümumilikdə isə minimum həddən indiyədək Kür çayında suyun artım səviyyəsi 2,5 metrə çatıb.
Məlumata görə, mövcud vəziyyət hələlik çay sahili boyunca yerləşən yaşayış məntəqələri üçün birbaşa təhlükə yaratmır. (Report.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:58 / 11.04.2026
Kürdə suyun səviyyəsi ARTDI
Hazırda oxunan: Kürdə suyun səviyyəsi ARTDI
Hazırda oxunan: Kürdə suyun səviyyəsi ARTDI
606551
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































