Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

Hazırda oxunan: Sağlamlıq üçün gizli RİSK – Bu qidalarda süni şəkərdən istifadə olunur

606513

Bir çox qidaların tərkibində süni şəkərdən istifadə olunur. Dünyada ən çox istifadə olunan süni şirinləşdiricilərdən biri aspartamdır. Şəkər əvəzedicisi kimi istifadə olunan aspartam dad baxımından şəkərdən təxminən 200 dəfə daha şirindir. Lakin kalorisi yox dərəcəsindədir. Bu xüsusiyyətinə görə xüsusilə “şəkərsiz” və “diet” məhsullarda geniş istifadə olunur.

Bizim.Media-nın məlumatına görə, o, əsasən, şəkərsiz qazlı içkilərin, şəkərsiz saqqızların, az kalorili desertlərin, diş məcunlarının, şirniyyatların, vitamin və dərman preparatlarının, şəkərsiz yoqurtların tərkibində olur.
 

Aspartman aşağı kalorili olduğu üçün çəki nəzarətinə kömək edir, az miqdarda istifadə edilir, az miqdarda istifadə edildiyi üçün qan şəkərini yüksəltmir, dişlərə zərər vermir. Lakin aspartam uzun illərdir müzakirə mövzusudur. Bəzi araşdırmalar onun təhlükəsiz olduğunu göstərsə də, bəziləri, həssas insanlarda baş ağrısı və allergik reaksiyalar verdiyini, fenilketonuriya (PKU) xəstələri üçün təhlükəli olduğunu deyirlər.


Məlumata görə, aspartam içkilərə qatılması üçün qızdırılır, tərkibində çox zəhərli maddə olan fenol birləşmələri vardır.

Bəzi mütəxəssislərsə, aspartamın əsəbilik, piylənmə, dəridə qaşıntılar, yuxusuzluq, bədən turşulaşması, yaddaşsızlıq, ürək döyüntüləri, maddələr mübadiləsinin pozulması və s. kimi yüzlərcə xəstəliklərin bünövrəsini qoyan zəhərli bir maddə olduğunu bildirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO