Bir müddət əvvəl itkin düşərək tapılan Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı Hüseynli Vüsal Elşən oğlu hərbi məktəbdən kənarlaşdırılacaq.
Bizim.Media xəbər verir ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə axtarış tədbirləri nəticəsində tapılaraq hərbi məktəbə qaytarılan kursantla aparılan söhbət zamanı onun yoxa çıxmasının səbəbi yalnız şəxsi intizamsızlığı, məsuliyyətsizliyi və ailə məişət zəminində yaranmış problemlərin olduğu müəyyən edilib.
MÖVZU İLƏ BAĞLI:
Hərbi Akademiyanın kursantı itkin düşdü - FOTO
Belə ki, nizamnamə qaydalarını pozaraq heç bir əsaslı səbəb olmadan təyin olunan vaxtda hərbi təhsil müəssisəsinə qayıtmadığına görə kursant V.Hüseynli hadisənin təfərrüatları tam araşdırıldıqdan sonra hərbi məktəbdən kənarlaşdırılacaq. (Report)
Bizim.Media