Yeni sədr işdən çıxardığı rəisin əvəzinə onu TƏYİN ETDİ

Yeni sədr işdən çıxardığı rəisin əvəzinə onu TƏYİN ETDİ

Hazırda oxunan: Yeni sədr işdən çıxardığı rəisin əvəzinə onu TƏYİN ETDİ

606421

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına rəis əvəzi təyin olunub.

Bizim.Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.

Belə ki, Xəzər Dəniz Neft Donanmasına rəhbərlik Azər Qasımova həvalə olunub.

Məlumata görə, A.Qasımov Donanmada şöbə müdiri vəzifəsində çalışır.

Xatırladaq ki, Donanmanın rəisi vəzifəsində əvvəllər Taqət Qurbanov çalışıb.

O, bir neçə gün əvvəl 2017-ci ildən bəri çalışdığı vəzifəsindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO