İsmayıllıda

İsmayıllıda "KamAZ" minik maşını ilə toqquşdu - Bir nəfər öldü

Hazırda oxunan: İsmayıllıda "KamAZ" minik maşını ilə toqquşdu - Bir nəfər öldü

60639

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şamaxı-Muğanlı-İsmayıllı yolunun İsmayıllı şəhəri ərazisində keçən hissəsində "QAZ-3110" və "KamAZ" markalı avtomobillər toqquşub. 

Hadisə nəticəsində İsmayıllı rayon sakini, 1958-ci il təvəllüdlü Coşquyev Eynulla Xeyrulla oğlu ağır bədən xəsarətləri alıb.

O, İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO