Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

606346

Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatına görə bu ilin mart ayında Bakıda qarajların orta qiyməti fevral ayına nisbətən 4,8 % çox olub.

Bəs bir ay ərzində qiymətlərin bu qədər artmasının səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, mart ayında Bakıda yeraltı duracaqların qiymətinin təxminən 5 faiz artmasının əsas səbəbi tələbatın artması və təklifin məhdud qalmasıdır:

“Şəhərdə avtomobillərin sayı artır, yol kənarlarında avtomobil duracaqları məhdudlaşdırılır, amma yeni parklanma yerləri eyni sürətlə çoxalmır. Xüsusilə mərkəzi ərazilərdə küçədə maşın saxlamaq çətinləşdiyi üçün insanlar yeraltı duracaqlara daha çox üstünlük verir. Bu da qiymətlərin yüksəlməsinə gətirib çıxarır.

Eyni zamanda ümumi daşınmaz əmlak bazarında da bahalaşma müşahidə olunur və parklanma yerləri də bu bazarın bir hissəsi olduğu üçün qiymətlər paralel şəkildə artır. Nəticədə, tələb çox, təklif isə məhdud olduğu üçün qiymətlərdə artım baş verir”.

"Azparking" üzrə də müəyyən bahalaşma hiss olunur.
 

Müsahibimiz əlavə edib ki, bu, əsasən tariflərin zonalara görə dəyişdirilməsi və bəzi ərazilərdə qaydaların sərtləşdirilməsi ilə bağlıdır:


“Xüsusilə şəhərin mərkəzində parklanma daha bahadır və nəzarət gücləndirilib. Rəsmi olaraq hər yerdə kəskin faiz artımı elan olunmasa da, yeni zonalar və tətbiq olunan qaydalar nəticəsində sürücülər daha çox ödəniş edir. Bu da ümumi olaraq parklanmanın bahalaşması kimi qəbul olunur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO