Qusar RİH başçısı Şair Alxasov şəhərdə bir ailənin dəm qazından zəhərlənərək həyatdan getmələri xəbərinə münasibət bildirib.
Şair Alxasov Bizim.Media-ya açıqlamasında bildirib ki, dərhal hadisə yerinə baş çəkib və faciə dəm qazından qaynaqlanıb.
Başçının sözlərinə görə, hadisə gecə saatlarından baş verib. Bu gün qonşuları və qohumları onlardan xəbər çıxmadığını, uşaqların dərsə getmədiyini görüb narahat olublar və polisə xəbər verilib.
Məlum olub ki, evdə boğulublar.
Qusar RİH başçısı Şair Alxasov hüquq-mühafizə orqanlarının araşdırma apardığını, onların ölümlərin səbəbini ortaya çıxaracağını bildirib.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:42 / 17.02.2022
Qusarda 5 nəfərin ölümü ilə bağlı xəbəri polisə qonşuları verib – Uşaqlar dərsə getmədiyindən...
Hazırda oxunan: Qusarda 5 nəfərin ölümü ilə bağlı xəbəri polisə qonşuları verib – Uşaqlar dərsə getmədiyindən...
Hazırda oxunan: Qusarda 5 nəfərin ölümü ilə bağlı xəbəri polisə qonşuları verib – Uşaqlar dərsə getmədiyindən...
60625
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.