"Ölkəmizdə estetik cərrahiyyə əməliyyatlarından ən çox müraciət edilən əməliyyatlar rinoplastika - burun əməliyyatlarıdır".
Bizim.Media “Teleqraf.az”a istinadən xəbər verir ki, bunu Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Baş həkimi Dilqəm Məmmədov deyib.
O bildirib ki, sıx müraciət edilən əməliyyatlardan biri də süd vəzi əməliyyatlarıdır.
“3-cü sırada isə bədən şəkilləndirmə əməliyyatı qərarlaşır. Qarın əməliyyatları 4-cü sıradadır. Rekonstruktiv əməliyyatlarda isə birinci sıranı əl ilə bağlı cərrahiyyə əməliyyatları tutub. Bunun da səbəbi iş yerlərində qəza nəticəsində yaranan problemlərdir”, - həkim vurğulayıb.
O əlavə edib ki, həyati təhlükə yaradacaq tibbi müdaxilələr edilməyəcək və edənlərin də qarşısı alınacaq:
"Həkimlər olaraq tək məqsədimiz xalqa xidmət etməkdir. Xaricdə ola biləcək A-dan Z-ə bütün cərrahi müdaxilələri ölkəmizə gətirmək əsas məqsədlərdən biridir".
Bizim.Media



































































































