Azərbaycanda internet provayderləri üçün tələblər sərtləşdirilir

Azərbaycanda internet provayderləri üçün tələblər sərtləşdirilir

Hazırda oxunan: Azərbaycanda internet provayderləri üçün tələblər sərtləşdirilir

605978

Azərbaycanda fərdi məlumatların və məxfiliyin mühafizəsi sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə yeni tədbirlər paketi hazırlanır.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, internet xidməti təminatçılarına şamil ediləcək məlumat təhlükəsizliyi sahəsində qanuni tələblərin möhkəmləndirilməsi nəzərdə tutulur.
 

Bu istiqamətdə vasitəçi şirkətlərin öhdəlikləri, məlumatların toplanması prosesinə tətbiq olunan məhdudiyyətlər, kompensasiya mexanizmləri, həmçinin digər hüquqi tələblər üzrə müvafiq normativ aktların işlənib hazırlanması planlaşdırılır.


Bununla yanaşı, məlumatların məxfiliyinin pozulması zamanı baş verən insidentlərin internet provayderləri tərəfindən aidiyyəti səlahiyyətli qurumlara məlumat verilməsi mexanizminin daha da dəqiqləşdirilməsi gözlənilir.

Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmiş layihələrin hazırlanması da nəzərdə tutulub.

Qeyd olunan tədbirlərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Elektron Təhlükəsizlik Xidməti tərəfindən 2026-cı ilin dekabr ayınadək icra olunması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO