Qusarın icra başçısı sakinlərlə görüşdü – FOTO

Qusarın icra başçısı sakinlərlə görüşdü – FOTO

Hazırda oxunan: Qusarın icra başçısı sakinlərlə görüşdü – FOTO

605970

Aprelin 8-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Quxuroba kəndində kənd sakinləri və kənd təsərrüfatı ilə məşğul olan sahibkarlarla görüşüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, görüş zamanı son günlər müşahidə olunan intensiv və aramsız yağıntılar nəticəsində kənd ərazisində yaranmış mövcud vəziyyət, o cümlədən infrastruktura və kənd təsərrüfatına dəymiş ziyan və mövcud fəsadların aradan qaldırılması istiqamətində görülməsi zəruri olan tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

Ərazidə işləyən texnikaların işinə baxış keçirilib.  
 

Sakinlər tərəfindən səsləndirilən müraciət və təklifləri diqqətlə dinləyən rayon rəhbəri, xüsusilə kənd təsərrüfatı sahəsində yaranmış çətinliklərin aradan qaldırılması, zərərin minimuma endirilməsi və gələcəkdə oxşar halların qarşısının alınması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.


Həmçinin qeyd edilib ki, baş vermiş fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdiriləcək və bu barədə ictimaiyyətin mütəmadi və dolğun şəkildə məlumatlandırılması təmin ediləcək.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO