Vətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi – FOTO

Vətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi – FOTO

Hazırda oxunan: Vətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi – FOTO

605807

Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun atası Valeh Həsənov vəfat edib.

Bizim.Media xəbər verir ki, o, yaşadığı Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyasını dəyişib.

Əslən Göyçədən olan V.Həsənov Goranboyda aşıq və şair kimi tanınıb, bir neçə kitabın müəllifi olub.
 

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Saleh Həsənov polkovnik-leytenant rütbəsinədək yüksəlib. S.Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin, Xocavəndin, Cəbrayılın, həmçinin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.


O, qüsursuz xidmətinə və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə çoxsaylı medallarla təltif edilib. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO