Elektromobillər və hibrid avtomobillər yağıntılı hava şəraitindən necə çıxdı? - AÇIQLAMA

Elektromobillər və hibrid avtomobillər yağıntılı hava şəraitindən necə çıxdı? - AÇIQLAMA

Hazırda oxunan: Elektromobillər və hibrid avtomobillər yağıntılı hava şəraitindən necə çıxdı? - AÇIQLAMA

605802

Bakıda yağan intensiv yağışlardan sonra elektromobillərdə ortaya çıxan problemlər, batareyaların sıradan çıxması sürücüləri ikiqat xərcə salıb. Bu məsələ elektromobil almaq arzusunda olanları seçimlərini yenidən gözdən keçirmək qarşısında qoyub.

Bizim.Media xəbər verir ki, mövzuya avto bloger Elgün Xıdırov münasibət bildirib.

Onun sözlərinə görə, təkcə elektromobillərə deyil, bəzi hibrid və qoşulan hibrid (plug-in hybrid) avtomobillərə də eyni formada yanaşılmalıdır, çünki onların da bəzilərinin batareyası alt hissədə yerləşir.

E.Xıdırov bildirib ki, normal yağışların bu avtomobillərə ziyanı yoxdur:

“Avtomobil batareyalara çatacaq qədər suya, gölməçəyə girərsə, müəyyən problemlərin yaranması riski var. Qoşulan hibrid və ya elektromobil istehsalçılarının tətbiq etdikləri texnologiyalarda litium-ion batareyaların qorunma izolyasiyası var və hermetikliyi təmin edilir. Lakin onun səviyyəsi istehsalçıya görə dəyişə bilər. Təbii ki, burada daha üstün izolyasiya və müdafiə tətbiq edən şirkətlər olduğu kimi, o cümlədən zəifləri də var.

Digər məsələ istehsalçı qüsurlarıdır. Ola bilər, hermetiklik elə əvvəlcədən zavod qüsuruna görə də pozulsun. Üçüncü səbəb budur ki, istismar zamanı avtomobilin alt hissəsi zərbəyə məruz qala, yaxud uzunmüddətli istismardan sonra batareya seksiyasındakı hermetiklik bu və ya digər səbəbdən pozula, nəticədə ora su daxil ola bilər.
 

Dördüncü səbəb texniki xidmət zamanı naşı ustaların müdaxiləsidir. Avtomobilin batareya hissəsində texniki işlər aparan servis və ustalar hermetikliyi lazımı qaydada bərpa etməsələr, yenə problem çıxacaq. İzolyasiyada həm metal örtük, həm də hermetikliyi təmin edən rezin hissələr var. Ola bilər, hansısa servisin səhvi ucbatından hermetiklik təmirdən sonra bərpa olunmur, pozulur. Həmin hissələrə su daxil olur. Bu da təbii ki, problemlərə gətirib çıxarır.


Bəs gölməçədən keçərkən hermetiklik və izolyasiyanın pozulması avtomobilin alt hissəsində - batareya seksiyasında nələrə ziyan verə bilər?

Batareya seksiyalarına, yaxud modul hissəsinə daxil olan su korroziya, oksidləşmə yaxud qısa qapanmalara səbəb ola bilər. Bəs bu hal bütün elektromobillərə aiddirmi?

Biz burada məsələyə sırf elektromobil nöqteyi-nəzərindən yox, batareyası alt hissədə yerləşən plug-in hibridlər nöqteyi-nəzərindən də baxa bilərik. Onlarda da eyni problemlər yarana bilər. Elə avtomobil var ki, batareyası baqaj hissədədir. Ora su daxil olmayana qədər problem yaranmaz. Çünki həm batareya seksiyası balaca olur, həm də həmin batareyalar daha üst hissədə yerləşir. Bu isə avtomobilin hansı dərinliyə qədər suya girməsindən asılıdır.

"Hansı maşınla gölməçəyə girmək olar, hansı ilə olmaz?" sualına belə cavab verə bilərik:

Smartfon istehsalçıları premium modellərdə suya davamlılıq funksiyası qoyublar, hermetiklik təmin olunub. Yəni siz suda da çəkiliş edə bilərsiniz. Yaxud istehsalçı smart saatlarla bir neçə metr dərinliyə qədər hovuza, dənizə girməyə icazə verir.
 

Smartfonda, smart saatda belə bir üstünlüyün olduğunu bilirik, bununla belə dənizə, hovuza girməyə ehtiyat edirik ki, birdən su daxil olar. Elektromobillər də belədir. Sadaladığım faktorlar hamısı "birdən" ola bilər. Birdən istehsalçı izolyasiyanı, hermetikliyi düzgün təmin etməz. Yaxud təmin edə bilir, amma məhz həmin avtomobildə zavod qüsuru ola bilər.


Birdən avtomobilin altı hansısa fiziki təsirlərə, zərbələrə məruz qalar, istismar prosesi zamanı hermetiklik pozular və ya əvvəlki təmir prosesi zamanı usta naşılıq edib hermetikliyi pozar... Və artıq suya girmək təhlükəlidir”. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO