İran vətəndaşları ilə cinayət əlaqəsinə girən 2 nəfər HƏBS EDİLDİ

İran vətəndaşları ilə cinayət əlaqəsinə girən 2 nəfər HƏBS EDİLDİ

Hazırda oxunan: İran vətəndaşları ilə cinayət əlaqəsinə girən 2 nəfər HƏBS EDİLDİ

605792

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən Telman Nəsirov və Elşad Məhərrəmov Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarımın həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, onlara məxsus nəqliyyat vasitəsindən 15 kiloqram marixuana və 2970 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb.
 

Saxlanılan şəxslərin müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədilə əldə etdikləri məlum olub.


Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO