Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?

Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?

Hazırda oxunan: Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?

605753

Xəbər verdiyimiz kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Bizim.Media xəbər verir ki, Zaur Rafiq oğlu Əliyev 5 mart 1981-ci ildə Bakı şəhərində anadan olub.
 

2000–2003-cü illərdə “East Anglia” universitetində (Norviç şəhəri, Böyük Britaniya) mühasibat və maliyyə ixtisası üzrə ali təhsil alıb. 2003–2009-cu illərdə “Ernst & Young” şirkətinin Almatı, Bakı və London şəhərlərindəki ofislərində müxtəlif vəzifələrdə işləyib.


2010–2015-ci illərdə PAŞA Holdinq MMC-də və PAŞA Sığorta ASC-də müxtəlif rəhbər vəzifələrdə işləyib.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 1474 nömrəli Sərəncamı ilə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilib.

2017-ci il 11 sentyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə gətirilib.

13 may 2022-ci il tarixdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Müşahidə Şurasının sədri təyin olunub.

7 aprel 2023-cü ildə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının üzvü təyin olunub.

18 yanvar 2025-ci il tarixində növbəti 4 il müddətinə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib.

Evlidir, 3 övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO