Bu sakinlər FHN-in köməyi ilə təxliyə olunub - FOTO

Bu sakinlər FHN-in köməyi ilə təxliyə olunub - FOTO

Hazırda oxunan: Bu sakinlər FHN-in köməyi ilə təxliyə olunub - FOTO

605588

Şabranda aprelin 4-5-də müşahidə edilən güclü yağışlar Şabran rayonu ərazisindən keçən Şabrançay və Dəvəçiçay çaylarında sululuğun normadan artmasına səbəb olub və daşqın ciddi fəsadlar törədib.

Şabran İcra Hakimiyyətində fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasından Bizim.Media-ya verilən məlumata görə, bu səbəbdən ümumilikdə 6 körpünün sağ və sol cinahları yararsız hala düşüb.

Şabran–Pirəbədil–Zeyvə yolunun 5-ci kilometrliyində 40 metrlik hissə tam yararsız vəziyyətə düşüb.

Təcili görülən tədbirlər nəticəsində Çölquşçu kəndində evlərini su basmış sakinlər FHN əməkdaşlarının köməyi ilə təxliyə olunublar.

Rayona dəyən ziyanın həcmi hesablanır.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO