Göygöldə bir-birinə bitişik 4 ev yandı

Göygöldə bir-birinə bitişik 4 ev yandı

Hazırda oxunan: Göygöldə bir-birinə bitişik 4 ev yandı

605567

Göygöldə yanğın hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb.

Belə ki, bir-birinə bitişik almanlar tərəfindən inşa edilən 4 evdə qəfl yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın zamanı 4 nəfərə məxsus ümumi sahəsi 500 kvadratmetrə yaxın olan 4 bitişik evlərin 350 kvadratmetri yanıb. Qısa müddət ərzində yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Evlərin qalan hissəsi və bitişik digər tikililər yanğınsöndürənlər tərəfindən mühafizə olunub.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO