Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

Hazırda oxunan: Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

605547

Avropa Azərbaycan Məktəbinin şagirdi, “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin birincisi, 2025-ci ildə ABŞ-də keçirilmiş dünyanın nüfuzlu elmi yarışlarından biri olan "International Science and Engineering Fair" (ISEF) müsabiqəsinin bürünc mükafatçısı Nicat Tağızadə artıq nüfuzlu Stanford Universitetinin tələbəsidir.

Bizim.Media xəbər verir ki, XIV müsabiqədə Nicat Tağızadə və Bakı şəhəri 143 nömrəli məktəbin şagirdi Tural Abdinli birlikdə təqdim etdikləri “İzaholunan süni intellekt vasitəsilə meşə yanğınlarının proqnozlaşdırılması” adlı layihə ilə adlarını qaliblər sırasına yazmışdılar.

“Sabahın alimləri” kimi layihə müsabiqələrində iştirak və əldə olunan uğurlar gənclərin inkişafına mühüm töhfə verir, onların həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə elmi nailiyyətlər əldə etməsinə şərait yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO