Yeni radio üçün sənəd verən şirkətlərin sayı artdı

Yeni radio üçün sənəd verən şirkətlərin sayı artdı

Hazırda oxunan: Yeni radio üçün sənəd verən şirkətlərin sayı artdı

60548

Azərbaycanda yeni radionun açılması üçün müsabiqəyə sənəd verən şirkətlərin sayı artıb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Tеlеviziya və Radiо Şurasından (MTRŞ) məlumat verilib.

Bildirilib ki, Şura tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazilərində ümumrespublika radio yayımı üzrə 107,0 MHz işçi tezliyinə elan edilən müsabiqəyə daha iki şirkət sənədlərini təqdim edib.

Bununla da bu saatlara qədər müraciət edən şirkətlərin sayı 4-ə çatıb.

Qeyd edək ki, müsabiqə üçün sənəd qəbulu bu gün - fevralın 17-də başa çatacaq. Müsabiqə müddəti tam başa çatandan sonra müraciət edən şirkətlərin adları açıqlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO