Daha bir tiktoker həbs olundu

Daha bir tiktoker həbs olundu

Hazırda oxunan: Daha bir tiktoker həbs olundu

605423

Sosial şəbəkədə qeyri-etik və əxlaqsız ifadələr işlədən daha bir nəfər tutulub.

Bizim.Media xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində "TikTok" platformasında canlı yayım açaraq ictimai əxlaq normalarına zidd ifadələr işlədən və nalayiq davranışlar sərgiləyən Sənur Əzizov müəyyən edilərək saxlanılıb.
 

Araşdırma zamanı məlum olub ki, o, sosial şəbəkədə açdığı canlı yayım zamanı izləyicilərə qarşı təhqiredici və etik çərçivədən kənar ifadələr işlədib. Bu səbəbdən onun barəsində müvafiq inzibati tədbir görülüb.


Faktla bağlı toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə S.Əzizov inzibati məsuliyyətə cəlb olunaraq, 15 sutka müddətinə həbs edilib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO