Azad olunan ərazilərdə martın 30-dan aprelin 5-dək 34 tank əleyhinə mina, 83 piyada əleyhinə mina, 2254 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Bizim.Media xəbər veri ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 2278.1 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:36 / 06.04.2026
Ötən həftədə təmizlənən minaların SAYI...
Hazırda oxunan: Ötən həftədə təmizlənən minaların SAYI...
Hazırda oxunan: Ötən həftədə təmizlənən minaların SAYI...
605402
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































