Bakıda TIR sürücüləri paytaxtın Heydər Əliyev prospektində, üzü şəhər istiqamətində sağ kənar zolağı bağlayıblar.
Bizim.Media xəbər verir ki, sürücülərin etirazının Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən alınan lisenziyalarla bağlı olduğu iddia olunur.
Onlar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə etiraz olaraq yolu bağladıqlarını açıqlayıblar.
Qeyd edək ki, TIR sürücüləri sözügedən yolu gecə saatlarından bağlayıb. Hadisə ilə bağlı rəsmi qurumlardan mövqe bildirilməyib.
Sosial şəbəkələrdə yayılan görüntüləri təqdim edirik:
Bizim.Media