Arvadını döydü - Cinayət məsuliyyətindən azad edildi

Arvadını döydü - Cinayət məsuliyyətindən azad edildi

Hazırda oxunan: Arvadını döydü - Cinayət məsuliyyətindən azad edildi

605337

Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Cavad Dadaşzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün o, cinayət məsuliyyətindən azad edilib, barəsində olan böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraata xitam verilib.


İttihama görə, hadisə bu il paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Cavad Dadaşzadə yaşadığı ünvanda rəsmi həyat yoldaşı olan zərərçəkmiş Məleykə Dadaşova (adı, soyadı şərtidir) ilə şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib.

Bu zaman o, qəsdən qadının bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri endirib.

Nəticədə qadına sağ bud nahiyəsində qançırlar, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bud və sağ diz oynağının yumşaq toxumalarının əzilməsi kimi xəsarətlər yetirilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO