91 nəfər zəhərlənib, 3 nəfər həyatını itirib – RƏSMİ

91 nəfər zəhərlənib, 3 nəfər həyatını itirib – RƏSMİ

Hazırda oxunan: 91 nəfər zəhərlənib, 3 nəfər həyatını itirib – RƏSMİ

604797

2026-cı ilin mart ayında KTM-in Toksikologiya şöbəsinə ümumilikdə 91 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

Bu barədə Kliniki Tibbi Mərkəzdən Bizim.Media-ya məlumat verilib. 
 

Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 88 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.


Pasiyentlərdən 42 nəfər dərman preparatlarından, 3 nəfər siçan dərmanından (rodentisid), 24 nəfər sirkə turşusundan, 3 nəfər yandırıcı məhlullardan, 4 nəfər allergik reaksiyalardan, 2 nəfər spirtli içkidən, 5 nəfər dəm qazından, 5 nəfər anafilaktik şokdan, 3 nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 3 nəfərin (kişi) həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri dərman və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO