Qaradağ rayonunun bir qəsəbəsində məktəb onlayn rejimə keçdi - SƏBƏB

Qaradağ rayonunun bir qəsəbəsində məktəb onlayn rejimə keçdi - SƏBƏB

Hazırda oxunan: Qaradağ rayonunun bir qəsəbəsində məktəb onlayn rejimə keçdi - SƏBƏB

604484

Qaradağ rayonunun Umbakı (Çeyildağ) qəsəbəsində körpünün çökməsi səbəbindən şagirdlər üçün tədris onlayn təşkil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq qəsəbənin 224 nömrəli ümumi orta ümumtəhsil məktəbindən məlumat verilib.
 

Bildirilib ki, son günlər yağan intensiv yağışlarla əlaqədar Qaradağ rayonunun Umbakı qəsəbəsinə gedən yol sel suları nəticəsində dağılıb.


Bu səbəbdən qəsəbə 224 nömrəli ümumi orta ümumtəhsil məktəbində I və II siniflər istisna olmaqla digər siniflərdə tədris onlayn formada təşkil olunur:

"Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub. Problemin həlli istiqamətində müvafiq işlər görülməkdədir. Alternativ yol təmir olunana kimi tədrisin onlayn qaydada davam etdirilməsi nəzərdə tutulur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO