Plastik cərrahlar bu klinikada ÇALIŞACAQ – RƏSMİ

Plastik cərrahlar bu klinikada ÇALIŞACAQ – RƏSMİ

Hazırda oxunan: Plastik cərrahlar bu klinikada ÇALIŞACAQ – RƏSMİ

604372

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının yaradılması Azərbaycan tibb tarixində yeni mərhələdir.

Bu klinikanın yaradılması ölkəmizdə yüksək texnologiyalı tibbin inkişafı istiqamətində dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. Klinika həm tibbi xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq, həm də ixtisaslı kadrların hazırlanmasına güclü töhfə verəcək. Klinika yaxın günlərdə fəaliyyətə başlayacaq.
 

MÖVZU İLƏ BAĞLI: Nazir: 

“Fəaliyyətinə icazə verilən bütün plastik cərrahlar bu xəstəxanada ÇALIŞACAQ”


Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov jurnalistlərə açıqlamasında deyib

O qeyd edib ki, klinikanın yaradılması ölkədə plastik və rekonstruktiv cərrahiyyəyə artan tələbatdan irəli gəlir:

"Travmalar, yanıqlar, onkoloji əməliyyatlardan sonra bərpa ehtiyacının çoxalması və estetik cərrahiyyəyə marağın yüksəlməsi belə ixtisaslaşmış mərkəzin yaradılmasını zəruri edib. Yeni klinika vətəndaşların müalicə üçün xarici ölkələrə getməsinin qarşısını alacaq və beynəlxalq standartlara uyğun tibbi xidməti ölkə daxilində təmin edəcək" .

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO