Yenilənən “Səbail” parkından GÖRÜNTÜLƏR - FOTO

Yenilənən “Səbail” parkından GÖRÜNTÜLƏR - FOTO

Hazırda oxunan: Yenilənən “Səbail” parkından GÖRÜNTÜLƏR - FOTO

60424

Fevralın 16-da Səbail rayonu, Qurban Abbasov və Ziya Yusifzadə küçələrinin kəsişməsində “Səbail” parkı aparılan əsaslı yenidənqurma və abadlıq işlərindən sonra sakinlərin istifadəsinə verilib.

Bizim.Media xəbər verir ki, tədbir zamanı qeyd olunub ki, yenilənən “Səbail” parkı, ilk növbədə, paytaxt sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir.

Yeni istifadəyə verilən park şəhərsalmanın standartlarına və müasir tələblərə uyğun şəkildə qurulub. Ərazi yüksək səviyyəli infrastruktur əsasında abadlaşdırılıb.

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən parkda aparılan yenidənqurma işlərinə cari ilin əvvəlindən başlanılıb, əvvəlki ərazisi 4 362 kvadratmetr olan park yeni layihələndirmədən sonra 8 096 kvadratmetr böyüdülərək ümumilikdə 12 458 kvadratmetr təşkil edib, 9 600 kvadratmetr yeni yaşıllıq sahəsi salınıb. Burada 580 ədəd gül, ağac və kol bitkiləri əkilib.

Parkın ərazisinin işıqlandırılmasına xüsusi önəm verilib, belə ki, ərazinin işıqlandırılması üçün 147 işıq dirəyi və 230 metr uzunluqda lent işıqlar, həmçinin doqquz ədəd landşaft işıqları quraşdırılıb.

Parkın ərazisində müasir tələblərə uyğun doqquz ədəd 10 nəfərlik oturacaqlar quraşdırılıb, xüsusi olaraq hərəkət etmək üçün rezin və daş döşəmələrdən istifadə edilib, parkda “I love Sabail” lövhəsi quraşdırılıb.
Park ərazisindən dənizkənarı milli Bulvara keçidi təmin edən pilləkən hissəsi də tam yenidən inşa olunaraq müasir interyerdə dizayn edilib.

Parkda tikinti və abadlaşdırma işləri aparılarkən əlillərin və fiziki imkanları məhdud olan şəxslərin rahat şəkildə hərəkət etməsi üçün şərait yaradılıb. Eyni zamanda, bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq parkda onlar üçün xüsusi guşələr yaradılıb, uşaqlar üçün uşaq meydançası, idman zonasında müxtəlif trenajorlar və qurğular quraşdırılıb. Yeni park şəhərin sosial-ekoloji vəziyyətinin yaxşılaşması baxımından böyük əhəmiyyət kəsb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO