Avtomobili yağışdan ziyan görənlərin NƏZƏRİNƏ – Bu halda zərəri sığorta qarşılayacaq

Avtomobili yağışdan ziyan görənlərin NƏZƏRİNƏ – Bu halda zərəri sığorta qarşılayacaq

Hazırda oxunan: Avtomobili yağışdan ziyan görənlərin NƏZƏRİNƏ – Bu halda zərəri sığorta qarşılayacaq

604170

Son bir həftədə yağan aramsız yağışlar bir çox ərazilərdə ciddi fəsadlara yol açıb. O cümlədən onlarla avtomobil su altında qalıb. Təbii ki, yararsız vəziyyətə düşən avtomobillərin təmiri üçün böyük vəsait tələb olunur.

Elə isə subasmadan zərər görən hansı avtomobillər sığorta ödənişindən faydalana biləcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, subasmadan zərər görən avtomobillərə yalnız kasko sığortasına görə ödəniş edilir:

“Çünki kasko sığortası bütün təbiət hadisələrini - sel, daşqın və subasma nəticəsində avtomobillərə dəymiş zərəri qarşılayır. Son hadisədə təkcə avtomobillər yox, evlər, obyektlər də ciddi zərər görüb. Belə halla üzləşən ev və obyekt sahibləri icbari və könüllü sığortadan faydalanaraq ödəniş ala bilərlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO