Ötən gün Şəki şəhərində yaşayış olmayan evdə başlayan yanğın yaxınlıqdakı qonşuluqdakı evlərə də keçib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın nəticəsində yaşayış olmayan iki ailəyə məxsus, bir dam altında tikilmiş ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.
Bundan əlavə, şəhər sakini Xalidə Əliyevaya məxsus ikimərtəbəli 5 otaqlı evin dam örtüyü və köməkçi tikilinin yanar konstruksiyaları zərər görüb.
Bundan başqa,qonşuluqdakı Məsud Məmmədova məxsus birmərtəbəli iki otaqlı evin dam örtüyünün 15 kvadratmetrlik hissəsi də yanıb.
Evlərin qalan hissəsi və ətrafdakı digər tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Müvafiq orqanlar hazırda yaşayış olmayan evdə yanğının necə baş verməsi faktı ilə bağlı araşdırma aparır.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu
































































































