Ağsuda qadını qətlə yetirən şəxslər SAXLANILDI

Ağsuda qadını qətlə yetirən şəxslər SAXLANILDI

Hazırda oxunan: Ağsuda qadını qətlə yetirən şəxslər SAXLANILDI

603649

Martın 23-də Ağsu rayonunun Muradlı kəndi ərazisində əkin sahəsində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxslər – 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə aralarında yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO