53 cinayətin üstü “isti izlər”lə açıldı, 65 nəfər saxlanıldı 

53 cinayətin üstü “isti izlər”lə açıldı, 65 nəfər saxlanıldı 

Hazırda oxunan: 53 cinayətin üstü “isti izlər”lə açıldı, 65 nəfər saxlanıldı 

60363

Ötən gün ölkə ərazisində qeydə alınan iki yol qəzası nəticəsində iki nəfər ölüb. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 53 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 65 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO