Göygöldə 3 nəfər saxlanıldı – SƏBƏB - FOTO

Göygöldə 3 nəfər saxlanıldı – SƏBƏB - FOTO

Hazırda oxunan: Göygöldə 3 nəfər saxlanıldı – SƏBƏB - FOTO

60353

Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sərkarlı kənd sakininin evinə qeyri-qanuni yolla daxil olaraq vətəndaşın boğazındakı qızıl boyunbağını soyğunçuluq yolu ilə mənimsəyən rayon sakini tutulub.

Bizim.Media-nın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdiyi məlumata görə, o, əvvəllər məhkum olunmuş Rəşad Novruzovdur. Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib. 

Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında  rayonun Hacıməlik kəndi ərazisindən ümumi uzunluğu 800 metr olan yüksək gərginlikli elektrik naqillərini kəsərək oğurlamaqda şübhəli bilinən rayon sakinləri Gülağa və qardaşı Elvin Əsgərovlar saxlanılıb. 

Həmin şəxslər istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

 



Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO