London Universitet Kollecində (UCL) Novruz bayramı münasibətilə keçirilən Mərkəzi Asiya Bahar Festivalı çərçivəsində Azərbaycan mədəniyyətini əks etdirən xüsusi stend qurulub.
Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycanı universitetin Azərbaycan cəmiyyətinin tələbələri təmsil ediblər.
Onlar Novruz ənənələrini və ölkəmizin zəngin mədəni irsini əks etdirən müxtəlif elementləri iştirakçılara təqdim ediblər.
Stenddə Azərbaycanın milli musiqi alətləri, Novruza xas atributlar, o cümlədən səməni, milli dekor elementləri və digər mədəni nümunələr nümayiş olunub.
Festival çərçivəsində Novruz bayramını qeyd edən digər ölkələrin də stendləri qurulub. Bu stendlərdə müxtəlif xalqların Novruz ənənələri, mətbəxi və mədəni xüsusiyyətləri təqdim olunub ki, bu da tədbirə beynəlxalq rəng qatıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:45 / 23.03.2026
London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu
Hazırda oxunan: London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu
Hazırda oxunan: London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu
602910
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































