Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal reytinqdə növbəti uğura imza atdı

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal reytinqdə növbəti uğura imza atdı

Hazırda oxunan: Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal reytinqdə növbəti uğura imza atdı

602855

Heydər Əliyev Beynəlxalq Aeroportu bir daha regionun aparıcı hava limanı statusunu təsdiqləyərək "Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı" nominasiyasında nüfuzlu "Skytrax World Airport Awards 2026" mükafatına layiq görülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Mükafat Böyük Britaniyanın London şəhərində, "Passenger Terminal Expo World" (PTE World) sərgisi çərçivəsində keçirilən rəsmi mərasim zamanı təqdim olunub.

"World Airport Awards" aviasiya sənayesində ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur və dünya üzrə sərnişinlər arasında keçirilən ən böyük illik müstəqil sorğu əsasında müəyyən edilir. 1999-cu ildən təqdim olunan bu mükafatlar 565-dən çox hava limanında sərnişin təcrübəsini qiymətləndirən genişmiqyaslı sorğulara əsaslanır. Sorğuda müxtəlif ölkələrdən minlərlə sərnişin iştirak edir və nəticələr hava limanlarının hər hansı təsiri olmadan müstəqil şəkildə formalaşdırılır.
 

Qiymətləndirmə zamanı sərnişin təcrübəsinin bütün əsas mərhələləri – qeydiyyat, təhlükəsizlik və pasport nəzarəti, tranzit zonaları, alış-veriş və xidmət sahələri, eləcə də minik prosesinə qədər bütün xidmət infrastrukturu nəzərə alınır.


Heydər Əliyev Beynəlxalq Aeroportunun ardıcıl olaraq bu mükafata layiq görülməsi hava limanının inkişaf edən xidmət standartlarının, davamlı inkişaf strategiyasının və regional liderlik mövqeyinin növbəti təsdiqidir. Müasir infrastrukturu, sərnişin yönümlü xidmət modeli və innovativ texnoloji həlləri ilə hava limanı regionun önəmli aviasiya qovşaqlarından biri kimi mövqeyini gücləndirməyə davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO