Bakıda Qurd Qapısı qəbiristanlığı ərazisində 80 yaşlı qadının idarə etdiyi avtomobil qəza törədib.
Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, sürücü sükan arxasında nəzarəti itirərək qəbiristanlıq ərazisinə daxil olub.
Nəticədə bir neçə məzara çırpılıb. Hadisə nəticəsində bəzi məzarların zədələndiyi bildirilir, xəsarət alanların olub-olmaması ilə bağlı isə rəsmi açıqlama verilməyib.
Qəzaya aid görüntülərin sosial şəbəkələrdə yayılıb.
Bizim.Media

































































































