Beynəlmiləl döyüşçülər Lənkəranda bir araya gəldi – FOTO

Beynəlmiləl döyüşçülər Lənkəranda bir araya gəldi – FOTO

Hazırda oxunan: Beynəlmiləl döyüşçülər Lənkəranda bir araya gəldi – FOTO

0:00
0:00
60261

Lənkəranda 15 Fevral - Beynəlmiləl Döyüşçülərin Anma Günü qeyd olunub.

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, anım mərasimi şəhərin “Beynəlmiləl döyüşçülərin abidə kompleksi” qarşısında keçirilib. 

Anım gününə toplaşan Azərbaycan Əfqanıstan Veteranları İttifaqı İctimai Birliyinin Lənkəran filialı üzvləri, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin nümayəndələri, 1979-1989-cu illərdə “Beynəlmiləl döyüşçü” kimi  Sovet  Qoşunlarının tərkibində Əfqanıstanda xidmət keçmiş və həlak olmuş  lənkəranlıların yaxınları iştirak edib.

Mərasimdə iştirak edənlər döyüşlərdə həlak olmuş hərbi qulluqçuların və ölkəmizin suverenliyi torpaqlarımızın azadlığı uğrunda şəhid olan vətən övladlarımızın ruhu qarşısında  baş əyib, əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Abidə önünə gül düzüb, ruhlarına dualar oxunub.

Qeyd olunub ki,  bu il Sovet qoşunlarının 1989-cu ildə Əfqanıstandan çıxarılmasının 33 il ötür. 1979-cu il dekabr 25-indən 1989-cu il fevralın 15-nə qədər, Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu müddətdə beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyatlarda iştirak edib.

10 il müddətində SSRİ tərkibində olan keçmiş respublikaların 620 min nəfər hərbçisi hərbi əməliyatlarda iştirak edib. Azərbaycandan bu döyüşlərdə 7500 nəfər iştirak edib, onların 192-sı lənkəranlı olub. Beynəlmiləl döyüşçü hərbi xidmətlərinin icrası zamanı 5 nəfər lənkəranlı gənc də həlak olub. Lənkərandakı abidə kompleksi də onların xatirəsinə ucaldılıb.

Cenevrə razılaşmasına əsasən 40-cı Ordunun Əfqanıstandan çıxarılmasına 1988-ci il 15 mayda başlanıb və bu proses 15 fevral 1989-cu ildə başa çatıb.

Əfqanıstan döyüşçülərinin 4500 nəfəri Qarabağda yadelli erməni işğalçılarından torpağlarımızın azad olunması üçün Azərbaycanın Milli Ordusunda ilk xüsusi təyinatlı döyüş batalyonu təşkil edərək döyüşə atılıblar.

Onlardan 76 nəfəri şəhid, 45 nəfəri əlil olub, 6 nəfəri isə itkin düşüb.  7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 37 nəfər Azərbaycan Bayrağı Ordeni, bir çoxları isə döyüş medalları ilə təltif olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO